"Zirə”nin Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi sonuncu rəqibinin adı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi fevralın 3-də Macarıstanın "Haladaş” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Zirə” yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi "Krakoviya”, 30-da isə Rusiyanın I divizionunda mübarizə aparan "Avanqard”la qüvvəsini sınayacaq.
Fanat.Az