Neymarın "Real"a transfer olunacağı ilə bağlı iddialar günü-gündən artır. Fanat.Az xəbər verir ki, Avropa mediası daha bir xəbər yayıb.
İddia olunub ki, Neymar "Real" rəhbərliyindən "Atletiko"dan Antoine Qrizmannı və "Çelsi"dən Eden Hazardı da transfer etməyi istəyib. O, yalnız bu halda Madrid klubuna gələcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Neymarın "Real" rəhbərliyindən Kriştiano Ronaldo və Qaret Beyli satmağı tələb etdiyi bildirilirdi.
Fanat.Az