PSJ-nin Neymarı "Real"a buraxmaq üçün şərti açıqlanıb. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu 2017/18 mövsümündə komandasına Çempionlar Liqasında qalib gəlməyə kömək etsə, "Kral Klubu"na yolu açılacaq.
Bu barədə goal.com məlumat yayıb. Saytın əldə etdiyi informasiyaya görə, PSJ-nin sahibi Nasser Əl-Xelaifi Neymara söz verib ki, turnirdə qalib olsalar, onu 2018-ci ilin yayında İspaniyaya buraxacaq.
Neymar özü də "Real"da oynamağı arzulayır.
Fanat.Az