Kriştiano Ronaldo yetirməsi olduğu "Sportinq" klubuna dönəcək. Fanat.Az xəbər verir ki, bu barədə portuqaliyalı ulduzun yaxın dostu Migel Payxao açıqlama verib.
Ronaldo kimi "Sportinq"in yetirməsi olan və onunla birlikdə bu klubda oynayan yaşlı futbolçu Portuqaliya mediasına bunları deyib: "Ronaldo nə edəcək, "Mançester Yunayted"ə dönəcək, ya MLS-ə gedəcək?" kimi suallarla tez-tez qarşılaşıram. Deyə biləcəyim tək bir şey var: Ronaldo karyerasının sonunda "Sportinq"ə dönmək istəyir".
Qeyd edək ki, 1997-ci ildən 2003-cü ilədək "Sportinq"də çıxış edən Ronaldo "Mançester Yunayted"ə 19 milyon avroya transfer olunmuşdu. İngiltərə klubu isə 2009-cu ildə onu "Real"a 94 milyon avroya satmışdı. Portuqaliyalı ulduzun "Kral Klubu"ndan ayrılaraq "Mançester Yunayted"ə dönəcəyi deyilir.
Fanat.Az