Braziliya futbolunun yeni Neymarı olmağa iki futbolçu namizəd göstərilir və hər ikisi "Santos"da çıxış edir.
Fanat.Az xəbər verir ki, bunlardan biri Rodriqo Qoesdi. 17 yaşlı hücumçu yüksək sürəti və mükəmməl texnikası ilə seçilir. Əsasən sol ayağından istifadə edən Rodriqo "Santos"la ilk rəsmi matçına ötən il çıxıb.
Ötən il U-17 komandası ilə qatıdığı bir turnirdə keçirdiyi 22 oyunda 24 qol vuran Qoes diqqətləri öz üzərinə çəkə bilib. Braziliya klubunun məşqçiləri onu Neymar və Robinyodan sonra "Santos" akademiyasının ən yaxşı oyunçusu adlandırır.
Artıq "Liverpul" onu transfer siyahısına daxil edib. İngilislərin ilk müraciətində "Santos" 44 milyon funt-sterlinq transfer haqqı tələb edib. Bu səbəbdən keçid baş tutmayıb.
Yeni Neymar olmağa ikinci namizəd Kayo Jorgedi. 2002-ci il təvəllüdlü super istedad iki ayağı ilə öldürücü zərbələr vurmağı bacarır. 15 yaşında olmasına baxmayaraq artıq "Santos"un U-20 komandasında oynayır.
"Santos"la ilk rəsmi matçını ötən günlərdə "Aliansa"ya qarşı keçirən Jorge dkbütdə qol vurub. "Çelsi" fanatı olan 15 yaşlı futbolçu gələcəkdə Premyer Liqada oynamağı arzulayır.
Fanat.Az