Antalyada təlim-məşq toplanışında olan "Zirə” bu gün yoxlama oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, "Volentaru” ilə matçın başlama saatında dəyişiklik edilib.
Təmsilçimizin Rumıniya klubu ilə oyunu Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılırdı. Lakin tərəflər arasında razılığa görə, qarşılaşma bir saat tez - 16:00-da start götürəcək.
Qeyd edək ki, "Zirə” öncədən Polşa "Krakoviya”sı ilə qarşılaşmağı planlaşdırsa da, sonradan "Volentaru” ilə anlaşmışdı.
Fanat.Az