20:46 28.01.2018 1520

Samir Abasov: "Amillə Bəxtiyarı yığmaya düz edib çağırmırlar"

"Yoldaşlıq oyunlarının məzmununu bilirsiniz. Burada nəticə əsas deyil. Bu gün məqsədimiz səsimizi çıxarmamaq və bunun fonunda futbolçularımızın nə edəcəklərini görmək idi".

Bunu "Sumqayıt" komandasının baş məşqçisi Samir Abasov Makedoniyanın "Akademiya Pandev" klubu ilə 1:1 başa çatan yoxlama matçından sonra Türkiyənin Antalya bölgəsinə ezam olunmuş jurnalistlərlə söhbətində deyib.

O, bildirib ki, rəhbərlik etdiyi kolleltiv ilk yarıda həddindən artıq ağır görünüb:

"İkinci hissədə açılışdılar. Fasilədə uşaqlara bu cür oyunların bizi çempionatda da gözlədiyini dedim. Uşaqların məşqçilərin göstərişi olmadan nə edəcəklərini görmək istəyirdik. Bəzən alınırdı, bəzən yox. Bəlkə də, bunu mətbuata deməyim düzgün deyil. Qapalı rəqiblərə qarşı çətinlik çəkirik. Bunun üzərində işləyəcəyik. Komandanın ümumi oyunu normaldır. Yükləməni Sumqayıtda alıb, bura oyunlara gəldik. İki gündən bir matçlarımız planlaşdırılıb. Artıq iki oyunumuz olub, ikisi isə qarşıdadır. Rusiya və Serbiya komandaları son ikisindən qat-qat güclü rəqiblərdir".

- Bu gün hücumların tamamlanmasında problem vardı. Bu nədən irəli gəlir?
- Amil Yunanovun ağırlıq fonunda durumu bizi qane etmir. Onu da başa düşürəm. Oyunçularımız müxtəlif yığmalara dəvət alıblar. Bu səbəbdən hazırda heyətdə yer alanlara çox yük düşüb. Yunanov da onların içindədir. Bununla özümüzə bəraət qazandıra bilərik. Doğurdan da hücumlarda problem yaşayırıq.

- Komandaya yeni futbolçunun cəlb olunması gözlənilmir?
- Xeyr. Oyunçu tapa bilmirik. Əfsuslar olsun ki, klublar heç kimi çıxarmırlar biz götürək (gülür).

- Rəqiblərinizi izləmək imkanınız var?
- Rəqiblər hələlik kağız üzərində oyunçu yığmaq baxımından bizdən irəlidədirlər. Masa üzərində qalib gəlirlər. Amma söz harada deyilir? Meydançada. Dünən "Zirə"nin matçına baxdıq. Digər rəqiblər haqda da məlumat toplamağa çalışırıq. Faiz etibari ilə yüzə çatmasa da, çox məlumat toplamışam.

- Çempionatda 4-cü yer uğrunda əsas rəqibiniz "Neftçi" keçirdiyi bütün yoxlama oyunlarını uduzub. Klub düşərgəsində xoşagəlməz hadisələr baş verir. Bunu görüb sevinirsiniz?
- O qədər də önəmli deyil. Bizim üçün ən qorxulusu "Keşlə" və "Kəpəz" olacaq. Çünki onlar haqda çox informasiya ala bilmirik. Kiminsə düşərgəsində mənfi hal baş verirsə, bunun bizə nə təsiri olduğunu bilmirəm. Təki meydançaya çıxanda onlarda neqativ olsun.

- Futbolçularınız Amil Yunanovla Bəxtiyar Həsənəlizadənin yığmaya çağırılmaması müzakirələrə səbəb olub. Sizin mövqeyiniz necədir?
- Düz edib çağırmırlar. Vaxtı çatanda, layiq olanda gedəcəklər.

- Yunanovda nə çatışmır?
- Bu gün siz gördüyünüz. Çox şey çatışmır. Lakin Amil hədəflərə çatmaq üçün çalışır və bu cür davam etsə, milliyə də düşə biləcək. ("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X