Futbol dünyasının son illərdə gördüyü ən böyük isimlərdən olan Zlatan İbrahimoviçlə bağlı iddia ortaya atılıb.
Fanat.Az xəbər verir ki, ABŞ-da yayımlanan ESPN "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda bitəcək isveçli hücumçunun karyerasını MLS-də davam etdirəcəyi ilə bağlı məlumat yayıb.
Xəbərə görə 36 yaşlı İbranın "Los Anceles Qalaksi" ilə anlaşmağa yaxı olduğu, amma hələ müqaviləyə imza atılmadığı bildirilib.
Qış transfer dönəmində adı "Beşiktaş"la hallanan futbolçunun yüksək maaşını ödəyə bilmək üçün MLS təmsilçisinin sponsor axtarışında olduğu da söylənilir.
Fanat.Az