Türkiyə Super Liqasında daha bir səs-küylü transfer reallaşmaq üzrədi. Fanat.Az xəbər verir ki, Dema Ba ilə anlaşan "Göztəpə"nin bombardiri Adis Yahovic "Konyaspor"a keçir.
İddialara görə, makedoniyalı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Konya təmsilçisi onunla iki dəfə görüşərək yeni anlaşma təklif edib. Amma maaş təklifi 650 min avronu keçmədiyi üçün anlaşma olmayıb. Bu səbəbdən Adis Yahovic "Konyaspor"la anlaşıb. O, yeni klubu ilə 3 illik müqavilə imzalayacaq və ildə 1 milyon avro alacaq.
Qeyd edək ki, 30 yaşlı hücumçu 2016-cı ildə Rusiyanın "Krılya Sovetov" klubundan "Göztəpə"yə keçib. Cari mövsümdə Super Liqada keçirdiyi 18 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az