19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Fanat.Az xəbər verir ki, Vüqar Məmmədin komandası "Antalyaspor”lu həmyaşıdları ilə qarşılaşıb.
Türkiyədəki toplanış çərçivəsində 3-cü sınaq qarşılaşmasına çıxan yığmamız növbəti dəfə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz buna qədər Kosovonun U-19 komandası ilə keçirdiyi hər iki oyunda 0:1 hesablı məğlubiyyətə düçar olub.
Fanat.Az