Emerik Lyaportuye 65 milyon avroya heyətinə qataraq klub tarixinin ən bahalı transferini edən "Mançester Siti" daha bir rekord qırmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu Riyad Mahrezi transfer etmək istəyir.
"France Football"un məlumatına görə, "Mançester Siti" "Lester"in ulduzu üçün 68 milyon avro təklif edir. Bu transfer baş tutsa, fransalı futbolçu "şəhərlilər"in ən bahalı futbolçusu olacaq.
Qeyd edək ki, "Lester" Riyad Mahrezi 2014-cü ildə Fransanın "Le Havr" klubundan cəmi 500 min avroya alıb. 2016-cı ildə komandasının çempionluğunda əsas rolu oynayan Əlcəzair əsilli fransalı futbolçu cari mövsümdə 27 rəsmi oyuna çıxaraq 9 qol vurub və 9 məhsuldar ötürmə edib.
Fanat.Az