"Maliyyə Fair Playı" qaydalarının sərtləşməsi səbəbindən son illər qış transfer pəncərəsi dövründə yeni futbolçuların alınmasına çox pul xərcləməyən Avopa nəhənglərindən bu dəfə "Barselona" "transfer çempionu" olub.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu qışda transferə ən çox pul xərcləyən kluba çevrilib. "Liverpul"dan Filip Kountinyonu 120 milyon avroya (əlavə 40 milyon avro bonus) heyətinə qatan "Barselona" ümumilikdə bu qış transferə 131.8 milyon avro xərcləyib.
Son günün transfer bombasını isə "Arsenal" partladıb. London klubu Dortmund "Borussiya"sından Pyer-Emerik Aubameyanqı 63.75 milyon avroya alaraq ilk "beşliy"ə düşüb.
Bu qış transferə ən çox pul xərcləyən 5 klub
1. Barselona (İspaniya) - 131.8 milyon avro
2. Liverpul (İngiltərə) - 78.8 milyon avro
3. Mançester Siti (İngiltərə) - 69 milyon avro
4. Atletiko (İspaniya) - 66 milyon avro
5. Arsenal (İngiltərə) - 65.85 milyon avro
Qışın ən bahalı 5 transferi
1. Filip Koutinyo - 120 milyon avro ("Liverpul"dan "Barselona"ya)
2. Virgil van Diyk - 78.8 milyon avro ("Sautqempton"dan "Liverpul"a)
3. Aleksis Sançez - Henrix Mxitaryanla dəyişiklik ("Arsenal"dan "Mançester Yunayted"ə)
4. Dieqo Kosta - 66 milyon avro ("Çelsi"dən "Atletiko"ya)
5. Pyer-Emerik Aubameyanq - 63.75 milyon avro ("Borussiya"dan "Arsenal"a)
Fanat.Az