Uruqvayın 4-cü liqasında xoşagəlməz hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, "Soriano" - "Rio Neqro" matçının əlavə olunmuş dəqiqələrində baş hakim motosikletçi kaskası ilə vurulub. Başına dəyən kaska üzündən qan içində yerə yıxılan hakim oyunu davam etdirə bilməyib.
Başından aldığı zərbədən sonra huşunu itirən referi üçün dərhal təcili tibbi yardım maşını çağrılıb. O meydançaya girən polislərin müşaiyəti ilə xəstəxanaya çatdırılıb.
Yaşananlarla bağlı hələ ki hansısa qərarlar qəbul edilməyib.
Fanat.Az