Antalyada təlim-məşq toplanışında olan "Səbail” bu gün növbəti yoxlama görüşünə çıxıb. Fanat.Az xəbər verir ki, Samir Əliyevin komandasının Türkiyə hazırlığı çərçivəsində 4-cü rəqibi "Senisa” olub.
Slovakiya təmsilçisi ilə "Su Səsi” otelinin meydançasında baş tutan qarşılaşma heç-heçə başa çatıb. Bakı təmsilçisi 2 top öndə olmasına baxmayaraq, yekunda üstünlüyü əldən verib.
Qeyd edək ki, yanvarın 20-dən Türkiyədə olan "Səbail” bu müddət ərzində 3 yoxlama görüşü keçirib. Bakılılar "Çernomorets” (Ukrayna - 0:0) və "Napredak”la (Serbiya - 1:1) heç-heçə edib, "Lokomotiv”ə (Plovdiv, Bolqarıstan - 1:3) məğlub olublar.
Fanat.Az