Ukraynanın "Şaxtyor" klubu "Qəbələ"nin sabiq futbolçusunu trsanfer edib. Fanat.Az xəbər verir ki, Donetsk təmsilçisi Ruslan Fomini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı hücumçu ilə bağlanan müqavilənin detalları və maliyyə tərəfləri açıqlamayıb.
Təcrübəli forvard yenidən "Şaxtyor"a qayıtmasına çox sevindiyini bildirib: "Mən bütün gücümü qoyaraq, "Şaxtyor"a əbəs yerə gəlmədiyimi sübuta yetirməliyəm. Komandanın yeni nailiyyətlər qazanması üçün əlimdən gələni etməyə çalışacağam".
Qeyd edək ki, Fomin karyerasına Ukraynanın "Arsenal" klubunda başlayıb və 2005-ci ildə "Şaxtyor"a transfer olunub. 2011ci ilə qədər Donetsk klubuna məxsus olan futbolçu 2005-2008-ci illərdə "Metallist"ə, 2010-2011-ci illərdə "Zorya"ya icarəyə verilib. 2011-2015-ci illərdə "İlliçivets" və "Çernomorets"də çıxış edən hücumçu 2015-ci ildə "Qəbələ"yə transfer olunub. O, Premyer Liqa və Azərbaycan Kublkunda 17 oyun keçirsə də, qol vura bilməyib. Ölkəmizdən ayrıldıqdan sonra Qazaxıstanın "Atırau" və Yunanıstanın "Apollon" kulblarında oynayan Ruslan 2016-cı ildə vətəninə dönüb və indiyədək "Mariupol"un formasını geyinib.
Fomin Ukraynanın U-18 (2 oyun), U-19 (10 oyun, 5 qol), U-20 (1 oyun) və U-21 (20 oyun, 7 qol yığmalarında çıxış edib.
Onu da qeyd edək ki, "Şaxtyor" cari mövsümdə Ukrayna çempionatında keçirdiyi 19 oyunda 42 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.
Fanat.Az