Antalya toplanışını yekunlaşdırmağa hazırlaşan "Qəbələ” bu gün sonuncu yoxlama görüşünü keçirib. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar”ın rəqibi "Şkendiya” olub.
Türkiyədə olduğu müddətdə 5 sınaq matçına çıxan və onların yalnız 1-də qələbə qazanan Roman Qriqorçukun yetirmələrinin Makedoniya təmsilçisi ilə ikinci görüşü olub.
"Qəbələ” bu ölkənin digər komandası "Rabotniçki” ilə oyundan fərqli olaraq bu dəfə məğlub olub. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, toplanış çərçivəsində "Rabotniçki”yə (Makedoniya - 2:1) qalib gələn "Qəbələ” "Akhisar” (Türkiyə – 1:1) və "Arsenal”la (Tula, Rusiya - 3:3) heç-heçə edib, "Sürix”lə (İsveçrə – 0:1) "Bohemians”a (Çexiya - 1:3) isə məğlub olub.
3 fevral
18.00 Qəbələ (Azərbaycan) - Şkendiya (Makedoniya) 0:2
Qəbələ: 22. Dmitri Bezotosnı, 29. Hacıağa Hacılı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 11. Asif Məmmədov, 16. Dion Malon, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 6. Elvin Məmmədov.
Fanat.Az