"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ilə komandanın futbolçusu Marouane Fellaini arasında gərginlik yaranıb. Fanat.Az xəbər verir ki, belçikalı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq, amma o, yeni anlaşma təklifinə hələ də cavab verməyib.
Mourinyo da onun bu hərəkətinə hirslənib. Bu barədə portuqaliyalı mütəxəssis mətbuat konfransında açıqlama verib: "Dünən ona müqaviləsini imzalayıb ağzını yummasını söylədim. Bu qədər qumar olmaq. "Zədənin dərəcəsi ortaya çıxmadan imzanı at" dedim.
Fellaininin önəmli bir futbolçu olduğunu bildirən Mourinyo "Çarpaz bağlarında qopma yoxdu. Ona ehtiyacamız var. Çempmionlar Liqası yaxınlaşır. Onsuz önəmli matçlar oynayacağıq. 2, 3, 4 və bəlkə də 5 həftə... Dəqiq tarix deyə bilmərəmə".
Fanat.Az