"Gənclərbirliyi"nin futbolçusu Dəniz Yılmaz Türkiyə kubokunun 1/8 finalında "Beşiktaş"a qarşı cavab oyununu buraxacaq.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu məşq zamanı zədələndiyi üçün sözügedən matçda iştirak etməyəcək.
Qeyd edək ki, "Gənclərbirliyi" - "Beşiktaş" görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada "qara qartallar" 3:1 hesabı ilə qalib gəlib.
Fanat.Az