"Zirə"nin baş məşqçisi Ayxan Abbasov hazırlığı dəyrləndirib. Mütəxəssis Sport7.az-a açıqlamasında komandanın durumu və transferlər haqda fikirlərini bildirib:
"Plan üzrə istədiyimiz kimi hazırlaşıb, yoldaşlıq görüşləri keçirdik. Futbolçuların formasını bərpa etməsi üçün normal idi. Düzdü çatışmazlıqlar da var. Oyundan-oyuna bəzi səhvlərimiz olduğunu görürdük. Yenə də vaxt lazımdı. Çempionatdı, səhv etməyə imkanımız da yoxdu. Yoldaşlıq görüşlərində buna göz yumurduq, amma çempionatda çətin olacaq. Yeni gələn futbolçular uyğunlaşırlar, böyük problemlər olmadı. Zədəlilərimiz sağalıb. Anarla Jozefdən başqa futbolçular hamısı birlikdədi. Tam formaya düşməyə çalışacağıq.
Deməzdik "Zirə"də dəyişiklik var. Amma yayda çempionata daha yaxşı hazır idik. Çünki Avroliqaya görə tez yığışmışdıq. Keçid dövrü Avroliqa oyunlarında oldu. Bizim üçün çempionatqabağı hazırlıq idi. Hansı ki, digər komandalarımız yoldaşlıq görüşləri keçirirdi. İndi biz də yoldaşlıq görüşləri ilə kifayətləndik. Futbolçular 1 aya yaxın istirahət etdi. Bu üzdən formalarından bir qədər uzaq olurlar. Yenə də, inşallah böyük problem olmaz.
Transfer məsələlərinə gəlincə, bu gün Bakıya bir futbolçu gəlib. Evans adlı Trinidad və Tobaqolu hücumameyilli futbolçudu. Onu izlədiyimiz üçün birbaşa müqaviləyə dəvət etmişik. Meksikada çıxış edir, formasından uzaq deyil. Sabahdan məşqlərə çıxacaq, orda bir daha görəcəyik. Gənc futbolçudu, ölkəsinin əsas U-23, U-21 yığmasında oynayıb. Hazırda Meksika çempionatındadı. Başqa futbolçular da gözlənilir, amma dəqiq məlumat yoxdu. 2-3 gün ərzində bununla bağlı məsələləri həll etməyə çalışacağıq. Ayın 9-na qədər vaxtımız var. Yerli transferlər yekunlaşıb".
Fanat.Az