Fransa çempionatında ən çox maaş alan futbolçuların siyahısı müəyyənləşib. Fanat.Az xəbər verir ki, siyahının ilk "10-luğ"unda PSJ-nin 9 futbolçusu yer alıb.
Ən çox maaş alan futbolçu Neymardı. PSJ-nin "Barselona"dan 222 milyon avroya transfer etdiyi braziliyalı ulduz ildə 36,8 milyon avro qazanacaq. Onun günlük maaşı 100 min avrodan artıqdı.
Neymar komanda yoldaşı Edinson Kavanidən iki dəfə artıq maaş alır.
1. Neymar (PSJ) - 36,8 milyon avro
2. Edinson Kavani (PSJ) - 18,5 milyon avro
3. Kilian Mbappe (PSJ) - 18 milyon avro
4. Tyaqo Silva (PSJ) - 16 milyon avro
5. Angel Di Mariya (PSJ) - 13,5 milyon avro
6. Markuinyos (PSJ) - 13,5 milyon avro
7. Tyaqo Motta (PSJ) - 10,5 milyon avro
8. Xavyer Pastero (PSJ) - 9,24 milyon avro
9. Radamel Falkao (Monako) - 9 milyon avro
10. Dani Alveş (PSJ) - 8,4 milyon avro
Fanat.Az