"Zirə” daha bir legionerlə müqaviləyə hazırlaşır.
Fanat.Az-a verilən məlumata görə "qartallar” makedoniyalı Yari Urdinovu rənglərinə bağlayacaq. Futbolçu hazırda Bakıdadı. O, sabah tibbi müayinədən keçərək müddəti mövsümün sonuna qədər olan müqaviləyə qol çəkəcək.
Daha öncə "Roda” (Hollandiya) və "Vidzev”də (Polşa) legioner həyatı yaşamağa imkan tapan 27 yaşlı müdafiəçi ölkəsində "Rabotniçki”də, "Şkendiya”da top qovub. Onun son iş yeri isə Çexiya "Bogemians”ı olub.
Urdinovun aşağı yaş qrupları üzrə yığmalarla yanaşı, Makedoniyanın U-21-də 22, əsas millisində də 5 oyun keçirdiyini vurğulayaq.
Fanat.Az