"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi makedoniyalı müdafiəçi Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. 26 yaşlı futbolçu cari mövsümün sonuna kimi Çexiyanın "Bohemians” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ "Zirə”yə məxsusdu.
Urdinov yeni komandasında 18 nömrəli formanı geyinəcək. O, bu gün "Zirə"də ilk məşqinə çıxacaq.
Fanat.Az