12:15 09.02.2018 2172

Əlini bayrağımdan çək, Axundov!

Amal Abuşov

Azərbaycanın futzal üzrə yığma komandası Portuqaliya ilə oyunda darmadağın oldu, hamımızın üzünü qızartdı. Üzrlü sayın, mənim bu komandaya milli deməyə dilim gəlmir. Heyətə candərdi, say doldurmaq və gözdən pərdə asmaq üçün dəvət almış, vaxtlarını əsasən ehtiyat oyunçular skamyasında keçirən azərbaycanlılara hörmətimə rəğmən, bunu deməliyəm.
 
Bu komanda milli deyil, yığmadı. Hətta yığılma komanda. Sovet vaxtının adamları yaxşı xatırlayır. Köhnə maşınları bir-neçə avtomobilin ehtiyat hissələri ilə təmir edirdilər, sürməyə başlayırdılar. Belə maşınlar hər nə qədər baxımlı olsaydı, problemsiz sürülsəydi də, adındakı damğanı təmizləməzdilər. Bəli, adına "yığılma maşın” deyib, kinayə edərdilər. Zaur Axundovun AFFA-nın xeyir-duası ilə Azərbaycan millisinin formasını geyindirdiyi komanda da məhz belədi.

Ürəkağrıdan məsələ təkcə komandanın Portuqaliyaya 1:8 hesabıyla uduzması deyil. Başa düşən, ürəyində bu vətənə və bu millətə sevgi gəzdirən adama bizim bu cür alçaldıcı hesabla yenilgiyə braziliyalıların iştirakıyla məruz qalmağımız, onların ayağının altına bir ətək pul səpə-səpə uduzmağımız daha çox təsir edir, ağır gəlir. Kimlər üçün üçünsə Azərbaycan millisinin formasının əcnəbilərə verilməsinin heç bir isti-soyuğu olmasa belə, biz bu dərdi ürəyimizdə daşıyırıq.

Daha bir qanqaraldıcı məqam Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun davranışları idi. Adam bütün dünyanın gözü qarşısında bizi rəzil etdi. Adicə oyun epizodundan yaranan mübahisəyə qarışdı, rəqib futbolçunu sinəsindən itələdi. Kənardakıların müdaxiləsi olmasaydı, onu ayağının altına salıb təpikləyərdi də. Öz aləmində də bununla portuqaliyalılardan alçaldıcı məğlubiyyətin qisasını alacaqdı. Görün, bizi hansı günlərə salıblar, mötəbər yarışlarda, böyük idman arenalarında Azərbaycanı hansı təfəkkürə sahib adamlar necə təmsil edirlər.

Amma bütün bu biabırçılıqların memarı, rəzalətin əsas səbəbkarı olan Zaur Axundov ayıbları ilə kifayətlənmək, günahını boynuna alıb, susmaq niyyətində deyil. Danışır və danışdıqca da özünü batırmaqda davam edir. Sanki heç bir qəbahətə yol verməyib. Federasiya prezidentinin son müsahibəsindən bir sitata diqqət edin: "Lazım gəlsə, Azərbaycan bayrağının yüksəldilməsi və himnimizin səsləndirilməsi üçün yığma komandada hindular və çukçalar da oynayacaq. Komandada kimin oynamasından asılı olmayaraq, tarixdə nəticə qalır”.

Səhv edirsiz, cənab Axundov. Tarixdə sizin Azərbaycan futzalını necə məhv etməyiniz, azərbaycanlı balalarını ölkədən perik salıb, braziliyalılara qucaq açmağınız qalacaq. Yalançı uğurunuz, aldadıcı və ötəri nəticələriniz heç kimin yadına düşməyəcək. Azərbaycan xalqının yetərincə dəyərli və istedadlı övladları var ki, onlar bayrağımızı da yüksəltməyə, himnimizi də səsləndirməyə də hazırdılar. Yetər ki, siz bizim bayrağımızdan əlinizi çəkin, himnimizi və millimizi rahat buraxın. Gedin "Keşlə”nin bayrağını kimin əliylə yüksəltmək istəyirsizsə, yüksəldin. Milli komanda ilə belə davranmağa ixtiyarınız yoxdu. Bizi hinduların və çukçaların ayağına verməyin!
 
Sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

22:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X