"Şaxtyor"un futbolçusu Fred "Mançester Siti"yə transfer olunacaq. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə millisinin üzvü Mirça Luçesku məlumat verib.
Uzun illər "Şaxtyor"a başçılıq etmiş rumın mütəxəssis ESPN-ə açıqlamasında "Şaxtyor"un ən yaxşı futbolçusu Freddi. Solda bir az intizamsız oynayırdı. Mən onu müdafiəyə meyilli yarımmüdafiəçiyə çevirdim. Fernandinyo kimi o da "Mançester Siti"yə transfer olunacaq" deyib.
Qeyd edək ki, "Mançester Siti" qış fasiləsində Fredlə maraqlanmış, amma transferi yekunlaşdıra bilməmişdi. Mövsümün sonunda İngiltərə klubunda Yaya Turenin müqaviləsi başa çatacaq. "Mançester Siti"nin həmin vaxt 24 yaşlı braziliyalını heyətinə qatacağı deyilir.
Qeyd edək ki, "Mançester Siti" Fredi 2013-cü ildə Braziliyanın "İnternesional" klubundan 15 milyon avroya alıb. O, cari mövsümdə 24 oyuna çıxaraq 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az