"Səbail” heyətini daha bir legionerlə gücləndirib. Fanat.Az xəbər verir ki, paytaxt klubu Türkmənistan millisinin üzvü Vahid Orazsahedovu transfer edib.
Sonuncu iş yeri Türkmənistanın "Axal” klubu olan 26 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Orazsahedov daha əvvəl Rusiya Premyer Liqasında "Rubin” və "Rostov”da, eyni zamanda Türkiyədə "Osmanlıspor” klublarında oynayıb.
Fanat.Az