19:22 11.02.2018 1786

"Neftçi" autsayderi tək qolla keçdi, "İnter Arena"da xallar bölündü

Bu gün Topaz Premyer Liqasında XV turun yekun vurulur. Fanat.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə meydana "Keşlə” və "Səbail” çıxıb. Bakı derbisi ukraynalı baş məşqçi Yuri Maksimovun Azərbaycanda debütünün rəsmiləşməsi ilə əlamətdar olub. Onun yetirmələri turnir cədvəlindəki qonşuları ilə dueldə qələbə qazanmaq və "Səbail”ə yaxınlaşmağa iddialı idi. Amma qonaqlar oyuna yaxşı başlayıb və ilk yarıda hesabı açıb. "Keşlə"nin səyləri ikinci yarının əvvəllərində nəticə verib və hesab bərabərləşir. Bundan sonra oyunda qol olmayıb və komandalar hərəyə bir xal qazanıb - 1:1.

Tura Azərbaycanın iki ən köklü klubunun qarşılaşması ilə yekun vurulub. Heç də ən yaxşı günlərini yaşamayan "Neftçi” və "Kəpəz” Bakıda üz-üzə gəlib. "Ağ-qaralar" autsayder rəqibi çətinliklə yenib. Mirabdulla Abbasovun 86-cı dəqiqədə vurduğu qol matçda yeganə olub - 1:0.

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda qalib müəyyənləşməmişdi. "Qarabağ" "Qəbələ" ilə 0:0, "Zirə" "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Premyer Liqa
2017/18 mövsümü
III dövrə, XV tur

11 fevral 
Keşlə - Səbail 1:1
Qollar: Pərdis Fərcad-Azad, 55 - Fəhmin Muradbəyli, 34.
Qolla nəticələnməyən penalti: Pərdis Fərcad-Azad, 55.
Keşlə: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 27. Adrian Skarlatake, 39. Əlibəy Məmmədli, 65. Cabir Əmirli, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 40.Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 23. Ayron Stati, 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 24. Ruslan Əmircanov, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue, 21. Murtuz Abakarov, 10. Nurlan Novruzov, 92. Vaxit Orazsaxedov.
Baş məşqçi: Samir Əliyev.
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Hakim-inspektor: Fazil Mürşüdov.
İlk iki dövrədəki oyunlar - 1:0, 0:1.
"İnter Arena”.

Neftçi - Kəpəz 1:0
Qol: Mirabdulla Abbasov, 86.
Neftçi: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 6. Rəşad Sadiqov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 19. Fransisko Qarsiya, 17. Rəhman Hacıyev, 9. Lukas Qomes.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 3. Fərid Abbaslı, 20. Elnur Süleymanov, 77. Elvin Sərkərov, 25. Kiril Petrov.
Baş məşqçi: Tərlan Əhmədov.
Kəpəz: 22. Sergey Litovçenko, 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 13.Şəhriyar Rəhimov (k), 15. İqor Korotetski, 16. Quili Mandqaladze, 8. Samir Zərgərov, 12. İlyas Səfərzadə, 48. Dieqo Qusmao, 20. Tərzin Cahangirov, 24. Şadon Vinçester.
Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 7. Roman Hüseynov, 5. Tural Nərimanov, 2. Yusif Cəfərov, 11. Kamran Abdullazadə, 6. Ceyhun Cavadov, 9. İlkin Sadıqov, 10. Tural Rzayev.
Baş məşqçi: Yunis Hüseynov.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov.
AFFA nümayəndəsi: Zamiq Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
İlk iki dövrədəki oyunlar - 0:0, 1:0.
"Bakcell Arena".
 

`№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

15

12

2

1

25:6

38

2

Qəbələ

15

10

2

3

28:14

32

3

Zirə

15

9

4

2

24:12

31

4

Sumqayıt

15

6

3

6

18:18

21

5

Neftçi

15

6

1

8

18:16

19

6

Səbail

15

4

2

9

10:22

14

7

Keşlə

15

2

3

10

10:25

9

8

Kəpəz

15

2

1

12

10:30

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 9. Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) - 6. Amil Yunanov (Sumqayıt) - 5.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X