Topaz Premyer Liqasında iki futbolçu cəzalı duruma düşüb. Fanat.Az xəbər verir ki, "Qarabağ"dan Yakub Jezniçak və "Sumqayıt"dan Vurğun Hüseynov növbti turda meydana çıxa bilməyəcək.
Jezniçak XV turun "Qəbələ" ilə oyununun 72, Hüseynov "Zirə" ilə matçın 90+2-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Yakub VI turun "Səbail"lə, Vurğun isə "Neftçi" ilə oyunlarını buraxmalı olacaq.
Fanat.Az