"Real"ın ulduzu İsko İngiltərəyə transfer olunur. Fanat.Az xəbər verir ki, bu barədə "Don Balon" məlumat yayıb.
İddia olunur ki, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Real"da rəhbərliyi altında oynamış futbolçunun transferini istəyir. İngiltərə klubunun bu futbolçu üçün Madrid təmsilçisinə 150 milyon avro ödəycək.
Qeyd edək ki, "Real" İskonu 2013-cü ildə "Malaqa"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 75 milyon avro qiymət qoyub. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə 32 rəsmi oyuna çıxaraq 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fanat.Az