Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə 26 qarşılaşma baş tutub.
Milli komandamız son oyununa evdə çıxacaq. "Bakcell Arena"da keçirilən qarşılaşmada rəqibimiz Rusiya olub. Şimal qonşumuza dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün bir xal lazım idi. Hesabı 17-ci dəqiqədə Roman Şirokov açıb. 90-cı dəqiqədə isə cəmi 7 dəqiqə əvvəl meydana çıxan Vaqif Cavadov fərqlənib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bununla da 4 əvvəlki tarix təkrarlanıb. Belə ki, 2009-cu ilin 14 oktyabrında Tofiq Bəhramov adına Respulika stadionunda baş tutan DÇ-2010-un seçmə mərhələsinin son matçında Rusiya əvvəlcə hesabı açmış, Vaqif Cavadov bərabərliyi təmin edərək yığmamıza xal qazandırmışdı.
Qeyd edək ki, bu Azərbaycan və Rusiya yığmaları arasında 4-cü oyun olub. Qonşu ölkələr ilk dəfə DÇ-2010-un seçmə mərhələsində rəqib olublar. 2009-cu ilin 28 martında Moskvadakı "Lujniki" stadionunda baş tutan oyun rusların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qapısına Roman Pavlyuçenko və Konstantin Zıryanov yol tapıb. Cavab oyunu həmin ilin 14 oktyabrında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib və 1:1 hesabı ilə yekunlaşıb. 13-cü dəqiqədə Andrey Arşavin hesabı açıb, 54-cü dəqiqədə Vaqif Cavadov tarazlığı bərpa edib.
DÇ-2014-ün seçmə mərhələsinin ilk oyunu isə ötən ilin 16 oktyabrında "Lujniki"də keçirilib. Həmin matçda Rusiya Roman Şirokovun 84-cü dəqiqədə vurduğu penalti sayəsində qələbə qazanıb. Hər üç matçda millimizi bu günkü kimi Berti Foqts meydana çıxarıb. Rusiya ilk iki matçda Qus Hiddinkin, sonuncu da isə bu günkü kimi Fabio Kapellonun rəhbərliyi altında oynayıb.
DÇ-2014
Seçmə mərhələ
15 oktyabr
F Qrupu
Azərbaycan - Rusiya 1:1
Qollar: Vaqif Cavadov, 90 - Roman Şirokov, 17.
Azərbaycan: 1. Kamran Ağayev, 3. Vladimir Levin, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 10. Rüfət Dadaşov (7. Vaqif Cavadov, 83), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 21. Araz Abdullayev (19. Rahid Əmirquliyev, 77), 22. Əfran İsmayılov (8. Qara Qarayev, 46).
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 6. Rəşad Sadiqov, 9. Cihan Özkara, 13. Ali Gökdemir, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 20. Ufuk Budak.
Baş məşqçi: Berti Foqts.
Rusiya: 1. İqor Akinfeyev, 4. Sergey İqnaşeviç, 8. Denis Qluşakov, 9. Aleksandr Kokorin, 11. Aleksandr Kerjakov, 14. Vasili Berezutski, 15. Roman Şirokov (k), 19. Aleksandr Səmədov (10. Pavel Mamayev, 81), 20. Viktor Fayzulin (17. Oleq Şatov, 46), 22. Aleksey Kozlov, 23. Dmitri Kombarov.
Ehtiyat oyunçular: 12. Yuri Lodigin, 2. İqor Smolnikov, 3. Georgi Şennikov, 5. Aleksandr Ryazantsev, 6. Berezutski, 7. İqor Denisov, 13. Vladimir Qranat, 16. Sergey Rıjkov, 18. Vladimir Bıstrov, 21. Fedor Smolov.
Baş məşqçi: Fabio Kapello.
Sarı vərəqələr: Aleksandr Səmədov, 10 - Denis Qluşakov, 73.
Qırmızı vərəqə: Maksim Medvedev, 73.
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (Serbiya).
Hakim-inspektor: Sieqfried Kirsçen (Almaniya).
Komissar: Duşan Tittel (Slovakiya).
"Bakcell Arena". Saat 22.00.
1 | Rusiya | 10 | 7 | 1 | 2 | 20-5 | 22 |
2 | Portuqaliya | 10 | 6 | 3 | 1 | 20-9 | 21 |
3 | İsrail | 10 | 3 | 5 | 2 | 19-14 | 14 |
4 | Azərbaycan | 10 | 1 | 6 | 3 | 7-11 | 9 |
5 | Şimali İrlandiya | 10 | 1 | 4 | 5 | 9-17 | 7 |
6 | Lüksemburq | 10 | 1 | 3 | 6 | 7-26 | 6 |