İsveçin "Norrkopink" klubunda çıxış edən islandiyalı futbolçu Qudmundur Torarinsson ölkəsini təmsil edə bilmək üçün "Eurovision" Mahnı Yarışmasının seçimlərinə qatılıb.
Fanat.Az xəbər verir ki, may ayında Lissabonda keçiriləcək final mərhələsində ölkəsini təmsil etmək istəyən 25 yaşlı futbolçu 6 nəfərlə finala çıxmaq uğrunda yarışıb.
Lakin istədiyi nəticəni qazana bilməyən Qudmundur finala çıxmayıb və bununla da "Eurovision"a qatılmaq şansını itirib.
Qeyd edək ki, İndiyədək İslandiyanın "Selfoss", İBV, Norveçin "Sarpsborq 08", "Rusenborq", Danimarkanın "Nordsyaelland" və İsveçin "Norrkopink" klublarında oynayıb. O, İslandiya millisində 3 oyun keçirib.
Fanat.Az