Çinin "Dalian Wanda Grup" şirkəti "Atletiko"nun səhmlərinin bir hissəsini satıb. Fanat.Az xəbər verir ki, çinlilər "Quantum Pacific Group"la razılığa gəlib.
"Dalian Wanda Grup" 2015-ci ildə "Atletiko"nun səhmlərinin 20 faizini 45 milyon avroya satın almışdı. Klubt stadionunun ad haqqına da sahib olan Çin şirkəti borclarını azaltmaq üçün əlindəki səhmlərin 17 faizini "Quantum Pacific Group"a satıb.
Qeyd edək ki, "Dalian Wanda Grup" şirkəti 2015-ci ildə "Fiorentina"nın da səhmlərinin 20 faizini 45 milyon avroya satın almışdı.
Fanat.Az