"Arsenal" "Lion"un futbolçusu Nabil Fekiri transfer edə bilər. Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Arsen Venger Əlcəzair əsilli fransalı yarımmüdafiəçinin alınmasını istəyib.
Venger 24 yaşlı futbolçunun keçidinin Dünya çempionatından öncə bitməsini istəyir. "Arsenal"ın Nabil üçün "Lion"a 45 milyon funt-sterlinq (51 milyon avro) təklif edəcəyi bildirilir.
Qeyd edək ki, 10 nömrə mövqeyində oynayan Fekir bu mövsüm "Lion"un heyətində 31 oyuna çıxaraq 21 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" ona 50 milyon avro qiymət qoyub.
Fanat.Az