Topaz Premyer LiqasınınXVII turunda "Səbail”in qonağı olacaq "Qəbələ”nin iki futbolçusu sıraya dönüb.
Fanat.Az-a klubdan verilən məlumata görə, saytı xəbər verir ki, Voislav Stankoviç və İlqar Qurbanov kollektiv məşqlərə qoşulub. Müdafiəçilərin seçim imkanını genişləndirməsi Roman Qriqorçukun üzünü güldürsə də çempionatın debütantı ilə səfər matçı ərəfəsində çatışmazlıqlar da var.Ukraynalı çalışdırıcı AFFA-nın İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılan Cavid Hüseynovun xidmətindən məhrumdu. Gənc futbolçu Qismət Alıyev də eyni səbəbdən oynamayacaq.
Fanat.Az