Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Qəbələ" - "Zirə" oyunundan sonra hər iki komandanın iki futbolçusunu cəzalandırıb. Belə ki, meydan sahiblərindən Qismət Əliyevlə Cavid Hüseynov, qonaqlardan Riçard Qadze və Sadio Tounkara dava-dalaşda iştirak etdiklərinə görə 2 oyunluq cəza alıblar.
Fanat.Az xəbər verir ki, bu futbolçulardan Qismət Əliyev qarşıdakı 3 turda oynaya bilməyəcək. Buna səbəb isə onun "Zirə" ilə oyunda sarı vərəqə limitini doldurması olub. Qarşılaşmanın 46-cı dəqiqəsində prespektivli hücumun qarşısını kəsdiyinə görə "sarı" alan Qismət cəzalı duruma düşüb. Bu səbəbdən o, "Səbail", "Neftçi" və "Kəpəz"lə oyunları buraxmalı olacaq.
Fanat.Az