Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Moskva "Spartak"ı səfərdə "Atletik"ə qalib gəlsə də, mübarizəni dayandırıb. Buna səbəb rusların ilk oyunda 1:3 hesabı ilə yenilməsi olub.
"Zalsburq" isə "Real Sosyedad"ı mübarizədən kənarlaşdırıb. Komandalar arasındakı ilk matç 2:2 hesabı ilə yekunlaşıb, cavab görüşündə avstriyalılar qələbə qazanıb - 2:1.
Fanat.Az