"Real" Qaret Beyli satışa çıxardıb. Fanat.Az xəbər verir ki, bu barədə kluba yaxınlığı ilə tanınan "Marca" qəzeti məlumat yayıb.
Məlumata görə, "Real" uelsli ulduza 190 milyon avro qiymət qoyub. Beyllə İngiltərənin aparıcı klubları, xüsusən də "Mançester Yunayted" maraqlanır. Onun karyerasını yenidən Premyer Liqada davam etdiəcəyi deyilir.
Qeyd edək ki, "Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya almışdı.
Fanat.Az