Polşa mediası Robert Levandovski ilə bağlı yeni iddia ortaya atıb.
Fanat.Az "Przeglad Sportowy" qəzetinə istinadən xəbər verir ki, bir neçə gün əvvəl meneceri ilə yollanırı ayıran polşalı ulduz yayda "Bavariya"dan ayrılmaqla bağlı qərar qəbul edib.
Qəzetin iddiasına görə, Leva bu mövsüm hücum xəttində problemləri olan "Real"a üz tutacaq. "Kral Klubu" onun üçün "Bavariya"ya 150 milyon avro ödəycək.
Qeyd edək ki, Levandovski cari mövsümdə meydana çıxdığı 33 rəsmi matçda 29 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub.
Fanat.Az