Son həftələrdə uğursuz çıxış edən "Mançester Yunayted"də Paul Poqba böhranı davam edir. Fanat.Az xəbər verir ki, Premyer Liqadakı son iki səfər matçında alınan məğlubiyyətlər və Çempionlar Liqasında "Sevilya" ilə qolsuz heç-heçə ilə gərginlik bir az da artıb.
"Sevilya" matçında Poqbanın start heyətində yer almaması komandanı qarışdırıb. "Express" qəzetinin məlumatına görə, baş məşqçi Joze Mourinyo fransız ulduzla gərgin keçən görüş keçirib.
Görüşdə Poqbanın baş məşqçiyə komanda yoldaşlarının taktikadan və oynanılan futboldan razı olmadığını bildirib, öz mövqeyinə uyğunlaşa bilmədiyini deyib.
Qeyd edək ki, "Mançester Yunayted" Poqbanı 105 milyon avroya transfer edərək rekord qırıb.
Fanat.Az