"Qəbələ”nin sabiq futbolçusu Aleksiy Antonovun yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu karyerasını Latviyada davam etdirəcək.
Belə ki, 31 yaşlı hücumçu Ukaynanın "Çernomorets” klubundan ayrılaraq "Ventspils"ə keçib. Futbolçunun müqavilə şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Antonov 2015/16 mövsümündə "Qəbələ”də çıxış edib. O, ölkəmizdə 49 rəsmi oyuna çıxaraq 8 qol vurub.
Fanat.Az