"Başakşəhər"in prezidenti Göksal Gümüşdağ maraqlı açıqlamalar verib. Fanat.Az xəbər verir ki, klub rəhbəri "Roma"nın gələcəkdə Çingiz Ünderi 100 milyon avroya sata biləcəyini bildirib.
Gümüşdağ jurnalistin "Çinizin hazırkı performansını görüncə satışına görə peşman olursunuz? Daha yüksək qiymətə sata bilərdik deyirsiniz?" suallarına belə cavab verib: "Qətiyyən elə düşünmürəm. O zaman başqa klublarımız kimi düşünmüş olaram. Həmin vaxt bu mənim üçün çox gözəl satış idi. O dönəmdə "Mançester Siti" və "Roma" Çingiz üçün klubumuzu sözün əsl mənasında işğal etmişdi. Gələcəkdə Çingiz 100 milyon avroya satıla bilər".
Qeyd edək ki, "Başakşəhər" 2016-cı ildə "Altınordu"dan 4,7 milyon avroya aldığı Ünderi bir il sonra "Roma"ya 13,4 milyon avroya satıb. 20 yaşlı forvard cari mövsümdə keçirdiyi 20 rəsmi oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" hazırda ona 10 milyon avro qiymət qoyub.
Fanat.Az