"Marsel"lə oyunda ağır zədə alan PSJ-nin futbolçusu Neymar həftə sonu Braziliyada əməliyyat olunacaq. Fanat.Az xəbər verir ki, sağ ayaq biləyində burxulma və ayaq daraq sümüyündə qırıq olan "sambaçı"nın müalicəsi təxminən 3 ay davam edəcək.
Mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək Neymarın yayda Rusiyada keçiriləcək dünya çempionatından da kənarda qalmaq təhlükəsi yaranıb.
Braziliya Futbol Federasiyasının həkimi Rodriqo Lasmar zədə səbəbindən ölkəsinə dönən futbolçunun vəziyyəti ilə bağlı açıqlama verib: "Neymarın sağalma prosesi 2,5-3 ay davam edəcək. Dəqiq vaxt əməliyyatdan sonra bilinəcək".
Fanat.Az