"Xəzər"in baş məşqçisi Elşad Əhmədov "Qaradağ Lökbatan" üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az baş məşqçiylə sual-cavabı təqdim edir.
- Oyun çox çətin və emosianal keçdi. Nə alınmırdı?
- Düzdü, ötən oyunun nəticəsinə hamımızda gərginlik var idi. Buna baxmayaraq, üzərimizə düşən məsuliyyəti anlayırdıq. Ona görə də rəqibə boşluqlar vermək istəmirdik. İlk gündən futbolçulara demişəm, rəqibə boşluq verməyin ki, başımızın üstünü almasınlar. Ola bilər ki, "Binə" ilə oyunda nəsə boşluğumuz oldu, nəticə istədiyimiz kimi alınmadı. Bu dəfə səhv etməməyə çalışdıq.
- Erkən qolun ziyanı olmadımı?
- Bəlkə də oldu. Özünüz də gördünüz ki, 13-14-cü dəqiqədən sonra komanda hücum etməyi dayandırdı. Ən azı "Sabah"la oyundakı komandanı görmədik. "Qaradağ Lökbatan" I divizionun təcrüləbi komandalarındandı, güclü heyəti var. Onlara qarşı oynamaq asan deyildi.
- Bəxtiyar Soltanovda nə problem var idi? Hiss olunurdu ki, birinci hissənin ikinci yarısından sonra yorğunluq var...
- Oyundan sonra səbəbini soruşdum. Yorğunçuluqdan irəli gəldiyini dedi. Amma mənim fikrimcə, bunlar olmamalıdı. Futboldan kənar nə işlə məşğul olduqlarını bilmirəm. Bazamız yoxdu ki, gəlib burda qalalar. Antalyadakı Bəxtiyarın 70 faizini gördük. Bu gün ikinci hissədə çox əziyyət çəkdi.
- "Sabah" üzərində qələbə qazananda ikinci dövrə yeni başlamışdı. Bu gün lideri də məğlub etdiniz. Bunu digər klublara çağırış saymaq olar?
- "Xəzər" ilk gündən iddiasını ortaya qoyulub. Əlbəttə, bu nəticələr önəmlidi. Rəhbərlik komandanın iddiasına uyğun şərait də formalaşdırıb.
- 3 oyun arxada qalıb. Sizi oyun planında narahat edən əsas məqam hansıdı?
- Qol vura bilməmək.
- Qol da buraxmırsız...
- Qol buraxmamaq bizim borcumuzdu. Amma qol vurmaq da vəzifəmizdi. Bunu hələ ki, bacarmırıq. Məşqlərdə də bunu hiss edirəm. Bunun üzərində çox çalışırıq. Amma hələ nəticə yoxdu.
Fanat.Az