İspaniya "Atletiko"sunun futbolçusu Filipe Luis "Qarabağ"la bağlı etiraf edib. Fanat.Az xəbər verir ki, 33 yaşlı müdafiəçi "Marka"ya müsahibəsində bu mövsüm Çempionlar Liqasının C qrupunda Azərbaycan komandası ilə hər iki görüşdə qalib gəlməyin yolunu tapa bilmədiklərini söyləyib.
Braziliyalı legioner Çempionlar Liqasında mübarizəni dayandırmalarından dərs çıxardıqlarını deyib: "Biz "Qarabağ"la 2 oyunumuzun nəticəsinə görə Çempionlar Liqasının qrupunda qalası olduq. Komandamız 1/8 finala vəsiqə qazanmağa layiq olduğunu anlayırdı. Lakin Çempionlar Liqası səddini keçə bilməməyimizi də normal qəbul etmişik. İndi Avropa Liqasında mübarizəni davam etdiririk. Bunu özümüzə bir çağırış hesab edirik. Çempionlar Liqası həyəcanı geridə qaldı. Bu, hamı üçün ağırdır. Amma faciəni üzərimizdən atmaq üçün özümüzdə güc tapa bilmişik".
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıdakı görüşdə 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib.
Fanat.Az