İtaliya Seriyasının bu gün baş tutmalı olan oyunları təxirə salınıb. Fanat.Az xəbər verir ki, buna səbəb "Fiorentina"nın kapitanı, İtaliya millisinin üzvü David Astorinin ölümü olub.
31 yaşlı futbolçu gün "Udineze" ilə keçiriləcək oyundan öncə komadanın qaldığı oteldə vəfat edib. Ürək tutmasından öldüyü ehtimal edilən Astorinin meyiti otel otağından tapılıb.
İtaliya Futbol Federasiyası əvvəlcə "Udineze" - "Fiorentina" oyununu təxirə salmışdı. Bir qədər əvvəl digər matçların - "Cenoa" - "Kalyari", "Atalanta" - "Sampdoriya", "Benevento" - "Hellas", "Kyevo" - "Sassuolo", "Torino" - "Krotone" və "Milan" - "İnter" görüşlərinin də təxirə salınması barədə qərar verilib.
Fanat.Az