Ötən gün vəfat edən "Fiorentina"nın kapitanı David Astorinin həyata keçmiş iki arzusu açıqlanıb. Fanat.Az xəbər verir ki, bunlardan biri İtaliya millisində oynamaq, digəri karyerasını "Fiorentina"da bitirmək olub.
İlk arzusuna o, 2010-cu ilin avqustunda çatıb. Həmin vaxt baş məşqçi olan Cesare Prandelli Fil Dişi Sahili ilə oynanılan yoxlama matçına dəvət etdiyi Astoriyə millidə debüt etmək şansı verib. 31 yaşında vəfat edən futbolçu yığmada ümumilikdə 14 oyun keçirərək 1 qol vurub.
Onun digər arzusu isə karyerasını "Fiorentina"da bitirmək olub. İlk dəfə 2015/16 mövsümündə müqavilə ilə məxsus olduğu "Kalyari"dən Florensiya təmsilçisinə icarəyə verilən Astori 2016-cı ildə 3,5 milyon avroya sevimli klubuna transfer olunub. Ötən yay olduqca sərfəli təkliflər alsa da, "Fiorentina" azarkeşlərinə xəyanət etməmək üçün imtina edən futbolçu klubu ilə müqavilə müddətini uzatmışdı. Ötən gün isə bu klubun futbolçusu kimi dünyasını dəyişərək bir növ arzusuna çatıb.
Fanat.Az