Çernoqoriya çempionatında 22-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, həmyerlimiz Tural Hümbətovun şərəfini qoruduğu "Deçiç” də növbəti matçına çıxıb. Hümbətovun komandası səfərdə "Rudar”a uduzub - 0:1. Adı oyunun iştirak ərizəsinə salınan Tural meydana çıxmayıb.
22 tura 16 xal yığan "Deçiç” turnir cədvəlində sonuncu – 10-cu yerdədi.
Fanat.Az