"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Dünya çempionatında iş başında olacaq. Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Rusiyada keçiriləcək mundialda baş məşqçi kimi yox, şərhçi kimi fəaliyyət göstərəcək.
Belə ki, Mourinyo Portuqaliyanın RT kanalı ilə anlaşıb. O, kanal üçün Dünya çempionatının oyunlarını şərh edəcək.
Anlaşma ilə bağlı danışan mütəxəssis "RT-nin heyətinə qatıldığım üçün çox xoşbəxtəm. Bu yay keçiriləcək Dünya çempionatının bir parçası olacağım və fikirlərimi paylaşacağım üçün sevinirəm" deyib.
Fanat.Az