spaniya La Liqasının XXVII turunda "Atletiko" ilə qarşılaşan "Barselona"nın qələbə qolunu vuran (1:0) Lionel Messi ilə bağlı qalmaqala səbəb olacaq açıqlama verilib. Fanat.Az xəbər verir ki, karyerasının 600-cü qolunu vuran argentinalının həmyerlisi, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone onu "Real"ın 3 ulduzundan daha gülcü olduğunu deyib.
"Messi təkbaşına Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyl üçlüyündən daha təhlükəlidi. Əgər Messi "Barselona"nın əvəzinə "Atletiko"da forma geyinsəydi, bu matçı biz qazanardıq" deyə argentinalı mütəxəssis bildirib.
Qeyd edək ki, Messi karyerası ərzində ən çox qolu "Sevilya" (29), "Atletiko" (28) və "Real"a (25) vurub.
Faant.Az