"Lester"in Premyer Liqanın qalibi olmasında böyük rol oyanyan Riyad Mahrezin ötən axşam yaydığı açıqlama şok effekti yaradıb. Fanat.Az xəbər verir ki, 27 yaşlı ulduz futbolçu karyerasını bitirdiyini elan edib.
Mahrez rəsmi "Facebook" hesabında verdiyi açıqlamada bildirib ki, həkimləri ilə məsləhətləşmədən sonra belə bir addım atıb: "Bir çox həkimin fikrini öyrəndikdən sonra karyeramı bitirmək qərarına gəldim. Futbol olaraq missiyamı bitirdim. Bir neçə söz demək istəyirəm. Bu şəhərdə mənə xoş münasibət göstərən və dəstək verən hər kəsə təşəkkür edirəm. hər zaman ürəyimdə olacaqsınız".
Mahrezin bu açıqlamanı yalnız "Facebook"dan yayması, digər sosial media hesablarından heç bir açıqlama verməməsi hesabın "hack" edilməsi ilə bağlı şübhələr yaradıb. Amma paylaşımın üzərindən saatlar keçməsinə rəğmən silinməməsi onun həqiqəti əks etdirdiyini deməyə əsas verir.
Qeyd edək ki, "Lester" Mahrezi 2014-cü ildə Fransanın "Le Havr" klubundan 500 min avroya alıb. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub. O, komandanın çempion olduğu 2015/16 mövsümündə 17 qol vuraraq uğurun əsas memarlarından biri olub. Cari mövsümdə 31 rəsmi oyuna çıxan 27 yaşlı forvard 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
Fanat.Az