"Fiorentina"nın və İtaliya millisinin üzvü David Astorinin ölüm səbəbi açıqlanıb. Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçunun ürəyinin dayanması səbəbindən dünasını dəyişdiyi elan edilib.
İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, futbolçunun meyiti Padova Universitetinin Patoloji Anatomiya Mərkəzinin rəhbəri Gaetano Tyene və Udine Universitetinin həkimi Karlo Moresçi tərəfindən müayinə edilib. Əldə olunan nəticələr göstərir ki, Astori "təbii səbəblərdən" vəfat edib.
Yekun və daha dəqiq nəticənin isə 60 gün ərzində açıqlanacağı bildirilib. İstintaqı aparan müstəntiqin imzaladığı icazə sənədi ilə futbolçunun meyiti ailəsinə təhvil verilib. Astorinin vida mərasimi sabah Florensiyada keçiriləcək. Ailəsinin istəyi ilə mərasimdə çəiliş aparılmasına icazə verilməyəcək.
Fanat.Az